Problemlərin həlli: İman zəifliyini aradan qaldırmaq

 Dünyanın bir çox ölkələrində yaşanan müxtəlif problemlərin əsl qaynağı iman zəifliyidir. İnsanların əsl ehtiyacı imanların qüvvətlənməsi, mənəviyyatlarının güclənməsidir. Bu vəziyyətdə hər şeydən əvvəl iman zəifliyi aradan qaldırılmalıdır.

İman gətirən insan həyatının hər anında sadəcə ağıllı hərəkət etməklə deyil, həmçinin danışıqları ilə də bunu göstərməklə məsuliyyət daşıyır. Hər zaman, hər vəziyyətdə, hər söhbətdə, yazılan hər yazıda Allah’ın razı olacağına ümid edilən və müsəlmana yaraşan üslubdan istifadə edər. Xüsusilə, yazılı və şifahi mətbuat vasitəsi ilə geniş kütlələrə xitab edən insanlar bu mövzuda böyük məsuliyyət daşıdıqlarını bilməlidirlər. Allah’ın güc və qüdrətini tanıyan bu insanlar daima Allah’ın şanını ucaltmalı, halal və haram sərhədlərinə diqqət etməli, dinlə bağlı ifadələrdə qüsur etməmək üçün çox ehtiyatlı olmalı, sözün ən gözəlini söyləmək üçün diqqətli olmalıdırlar.

Ayələrdə Rəbbimiz belə buyurur:

Allah’ın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O (ağac) Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar. (İbrahim surəsi, 24-25)




Gözəl sözün təşviq edilməsi niyə vacibdir?

Gözəl söz insanı Allah’a çağıran, Quran əxlaqını yaşamağa dəvət edən, hadisələrin xeyirli tərəfini göstərən, ümidsiz ifadələrdən çəkindirən sözdür. Qurani-kərimin bir çox ayəsində iman gətirənlərin gözəl söz söyləmələri və gözəl sözə tabe olmaları tövsiyə edilmişdir. Buna baxmayaraq, dövrümüzdə əksər məqalələrdə çox fərqli üslubdanistifadə edilir. Məsələn, dünyanın bir çox ölkələrindəki müsəlmanların məruz qaldıqları zülm haqqındayazılan məqalələrdə şikayətçi üslub və mənfi tərəflərgöstərilərək heç bir çıxış yolu ortaya qoyulmur. Halbuki, belə üslubdan istifadə edilməsi kifayət qədər məlumatı olmayan bəzi müsəlmanların ümidsizliyə sala biləcəyindən çox təhlükəlidir. İnsanlara faydası olmayan, oxucuya sadəcə vaxt itirən boş ifadələrlə dolu bu tərz yazıların mövcud problemlərin heç birinə çıxış yolu olmayacağı da açıqdır.

Yazılı mətbuatda bəzən rastlaşdığımız bu üslub, eyni zamanda, bəzi televizor proqramlarında da istifadə edilir. Bir çox proqram həm istifadə etdikləri üslub, həm də məzmun olaraq insanların boş vaxt keçirəcəkləri tərzdə hazırlanmışdır. Bir çox kanal rəqabət adı altında insanları düşündürmədən və faydalı məlumatdan uzaqdır, insanların əsl ehtiyacı olan Allah sevgisi, iman həqiqətləri, gözəl əxlaq kimi həyati mövzular isə görməzlikdən gəlinir. Bu güclü təlqin qarşısında bir çox insan mənfi cəhətdən təsirlənir, adətən keyləşir və bu keyləşmə həmin insanların, demək olar ki, bütün həyatlarına təsir göstərir. İnsanlar bir müddət sonra aldıqları bu mənfi təlqinlə dünyada yaşanan zülm və haqsızlıqlara qarşı ya tamamilə etinasız qalır, ya da sadəcə mənfi, narahat və ya ümidsiz reaksiyalar verirlər.

İnsanların başını qatan, onları qorxu və ümidsizliyə sövq edən məqalə, xəbər və proqramların yayımına son verilməlidir. Yayım siyasəti mənəvi xəstəliklərə əlac olacaq tərzdə yenidən gözdən keçirilməlidir.


Problemlərin mənbəyi iman zəifliyidir

Hal-hazırda şübhə yoxdur ki, dünyanın bir çox ölkəsində baş verən problemlərin əsl səbəbi iman zəifliyidir. İnsanların əsl ehtiyacı olan imanlarının qüvvətlənməsi, mənəviyyatlarının gücləndirilməsidir. Bu vəziyyatdə görüləcəkən başlıca iş insanların imanlarındakı zəifliyi aradan qaldırmaqdır.

Bəzi məqalələrdə və televizor proqramlarında istifadə edilən şikayətçi üslubun təməlində də iman zəifliyi durur. İman zəifliyi səbəbindən insanlar hər şeyin Allah’ın nəzarətində olduğunu unudur, hadisələrə xeyir və hikmət gözü ilə baxa bilmir, buna görə hər şeydən şikayət edir, qorxu və narahatlığa qapılır, problemlərə çıxış yolu tapa bilmir və ümidsizliyə düşürlər. Halbuki, Allah’a iman gətirmiş və tam olaraq təslim olmuş insan hər hadisədə xeyir olduğunu bilər və düşdüyü vəziyyəti, qarşılaşdığı hər hadisəni bu dünyagörüşlə qiymətləndirər. Nə qədər çətin və sıxıntılı hadisələrlə qarşılaşsa da, sahib olduğu qüvvətli iman onu qorxu və ümidsizliyə salmaz.

Bu səbəblə, mənəviyyatı qüvvətləndirmək istiqamətində ediləcək işlər çox əhəmiyyətlidir.


İman zəifliyini aradan qaldırmağın yolları

Qəzet və jurnallarda imani mövzularla bağlı məqalələr dərc olunmalı, yerli və beynəlxalq televizor proqramlarında mənəviyyatı gücləndirməklə bağlı proqramlar göstərilməlidir. İman həqiqətləri, Allah’ın yatamasındakı detallar izah edilməlidir. İnsanlara hər hadisənin Allah’ın nəzarətində olduğu, hər hadisədə xeyir olduğu daima xatırladılmalıdır. Tez-tez istifadə edilən pessimist üslubdan əl çəkilməz və insanların imanlarını qüvvətləndirəcək mədəni fəaliyyət göstərilməzsə, bu problemlər daha da artacaq və problemlər həll olunmayacaq. Bir Quran ayəsində ümidsizliyin iman etməyən insanlara aid xüsusiyyət olduğu belə bildirilmişdir:

Ey oğullarım! Yusuf və qardaşından xəbər tutmaq üçün yola düşün, Allah’ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah’ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”. (Yusuf surəsi, 87)


Quranda da açıq şəkildə bildirildiyi kimi, ümidsizliyə düşmək müsəlmana yaraşmayacaq hərəkətdir. Buna görə, iman edənlərin şüurlandırılması və imanlarının gücləndirilməsi üçün müsəlman türk millətinə, xüsusilə də, yazılı və vizual mətbuatdakı şəxslərə böyük məsuliyyət düşür. Bu mövqedəki insanlar yazdıqları yazılarda, hazırladıqları proqramlarda xalqımızın mənəviyyatını gücləndirməli, onlara gözəl əxlaqı izah etməlidir. Bunları edərkən təhqiramiz üslubdançəkinməli, hörmətcil və Allah’ın sərhədlərini qoruyan üslubdan istifadə etməyə diqqət yetirməlidirlər.