Vicdan və Quran axirətə yəqinliklə iman etməyi əmr edir

İndiyənə qədər bəhs etdiyimiz mövzulardan nəticə çıxaran insan dünyaya gəlmə məqsədinin sınanmaq olduğunu biləcək: “Ölüm bir son deyil. Əgər imtahan varsa, bu imtahanın nəticəsi də var. Ancaq dünya həyatında belənəticələndirmə yoxdur. Yer üzündə gəlib-keçən bütün insanlar arasında zalımlar, əxlaqsızlar, cinayətkarlar olub. Bunlarla yanaşı, Allah’ın elçiləri kimi çox yüksək vicdana və əxlaqa sahib, həyatını Allah üçün yaşamağa həsr etmiş insanlar da olub. Eyni zamanda, qəddar hökümdarlardan zülm görən məzlum və zəif insanlar da yaşayıb. Keçmişdəkilərin hər biri artıq ölüb; yaxşı olan da, pis olan da, eyni formada torpağın altında basdırılıblar. Bugün heç birinin sümüklərindən başqa bir şey qalmayıb. Sonsuz ədalət sahibi Allah dünya həyatını bu şəkildəsonlandırmaz.”

Qısacası, hər bir insanın vicdanı etdiyi əməllərin qarşılığını görəcəyini söyləcəkdir. Bu hesablaşma dünyada tam olmadığına görə, deməli, bunun təxirə salındığı yer var.

Vicdanı ilə bunları düşünən insan Quranda bunun da cavabını tapacaqdır. Allah Quranda bu hesablaşmanın ölümdən sonrakı zamana təxirə saldığını və hər kəsin dünya həyatında etdiklərinin qarşılığını öldükdən sonra əksiksizcə alacağını bildirir:

Allah’ın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Yunus surəsi, 4)

Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, (Allah) onların nə etdiklərindən xəbərdardır. (Hud surəsi, 111)


Vicdanı ilə Qurana müraciət edən hər insan əksəriyyətin zənn etdikləri kimi başı boş olmadıqlarını, hər etdiklərinin Allah’ın bildiyini, hər yaxşılığın və pisliyin qarşılığının veriləcəyni anlayar.Allah Quranda hesab gününü və hər kəsin hesab görüldükdən sonrakı həqiqi həyatını da bildirmişdir.

Bu məqamda, vicdanına qulaq asan insan Quran ayələri işığında çox vacib həqiqətin fərqinə varar.Dünya həyatı müvəqqəti bir yerdir, əsl həyat isə ölümdən sonar başlayan axirət həyatıdır, cənnət və cəhənnəmdir. Hər kəs dünya həyatındakı hərəkətinə uyğun olaraq Allah’ın müəyyən etdiyi bir gündə sorğuya çəkiləcək və dünya həyatını Allah’ın istədiyi kimi yaşayanlar sonsuza qədər ən gözəl həyat sürəcəklər. Digərləri isə yenə sonsuza qədər ən şiddətli əzab və sıxıtıların mövcud olduğu bir həyatda - Allah’ın yaratdığı cəhənnəmdə yaşayacaqlar.

Həqiqi vicdan ölüm mələklərini və cəhənnəm alovunu görən zamandır

Burada izah edilənlərin çox diqqətlə oxunmasını məsləhət görürük. Çünki burda izah edilənlər, məlumat verməkdən daha çox insanın bəlkə də, ilk dəfə olaraq vicdanını necə hərəkətə keçirəbiləcəyini, əsil vicdanın nə olduğunu başa düşməyimizə kömək edəcək üsullar və həqiqətlərdir.

Yuxarıda bəhs etdiyimiz kimi, əsil həyatın ölümdən sonra başlayacağı və hər kəsin bu sonsuz həyatda dünyadakı davranışlarına uyğun olaraq qarşılanacağı Quranda xəbər verilən bir həqiqətdir. Ancaq fayda verməyən işlərlə baş qatmaq, qəlib həyat yaşamaq, düşünmədən davranmaq insanın vicdanına qulaq asmasına mane olur. Bəzi insanlar dünya həyatında özünə fayda verməyən işlər arxasınca düşür. Bu planların içində ölüm və ölümdən sonrakı həyat yoxdur. Halbuki, ölüm bu planların hər birindən çox vacib və qaçınılmaz həqiqətdir. Bəzi insanlar isə ölüm haqqında düşünməkdən şiddətlə çəkinirlər. Sanki heç ölməyəcəkmiş kimi yaşayırlar.

Bəs insanların bir çoxunun bu vacib həqiqəti görməzlikdən gələrək yaşamalarının səbəbi nədir?

Bunun cavabını belə verə bilərik. Hər kəs oturub ölümü həyatı boyunca neçə dəfə düşündüyü haqqında fikirləşsin. Bir gün də olsa bədəninin torpağın altına basdırlılacağını, üzərinə torpaq tökən yaxınlarının, sevdiklərinin basdırıldıqdan sonra qəbrinin başında uzaqlaşaraq günlük işlərinə davam edəcəyini, sahib olduğu hər şeyin ölümlə birlikdə yox olacağını düşündümü? Ölümün necə baş verdiyini heç xəyalında canlandırdımı? Bədəni torpağın altında çürüyəcək, amma ruhu nələr yaşayacaq?

İnsan ruha sahibdir və ruh yox olmaz. İnsan öldükdən sonra ruhu üçün yeni həyat başlayacaq, ancaq onu necə bir həyat gözlədiyini heç düşündümü, görəsən? İnsanların əksəriyyətinin düşünmədiyi kimi, bəlkə siz də bunun haqqında düşünməmisiniz. Çünki bunları düşünmək insanı dəhşətə salır. Ölümü düşündükdə bu günə qədər həyatında etdiklərinin əhəmiyyəti qalmır. Bəlkə də, ilk başda bunu qavramaq çətin ola bilər, ancaq ölümün başına gələcəyi anı detalları ilə düşünmək insana bütün həqiqətləri görməsinə kömək edir.

Bu vəziyyəti özünüz haqqında da düşünün. Hər şeydən əvvəl, ölüm sizə heç gözləmədiyiniz anda gələ bilər. Yəni çox güman ki, heç hazırlıq etməyə imkanınız olmayacaq. O anın bu an olmaması üçün heç bir səbəb yoxdur. Buna bənzər bir anda ölümlə qarşılaşacaqsınız.

Ölümün necə baş verdiyini indiyənə qədər heç görməmisiniz. Sizin indiyə qədər gördükləriniz, insanların bədənlərinin ölümləridir. İnsan öz ölümündən başqa, ölümün bu tərəfinə heç bir zaman şahid olmaz. Bəli, insanlar yalnızca bədənin ölümünü görər. Bir insan öldükdə xəstə yatağında rahatlıqla can verdiyi görünə bilər və ya bir müharibədə güllənərək, nəqliyyat qəzasında can verərək öldüyü görünə bilər. Ancaqölüm əsnasında ruhun yaşadıqları xaricdən görünəndən çox fərqlidir.

Əgər ölən insan mömindirsə, onun ruhu rahat alınır və iki mələklə birlikdə sonsuz gözəl həyata başlamaqla müjdələnir. Bu insan nə qorxar, nə də kədərlənər. O artıq sonsuza qədər xoşbəxtlik və hüzur içində yaşamağın təsvir edilməyən sevincini yaşayır. Bu həqiqət Quranda belə bildirilir:

O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun!” – deyərlər. (Nəhl surəsi, 32)

Ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: "Bu sizə vəd olunmuş gününüzdür!"(- deyəcəklər.) (Ənbiya surəsi, 103)

Dünya həyatını Allah’ın razılığı üçün yaşamamış bir insan üçün isə bədəni necə ölsə də, ölüm anı ruhunun yaşadıqları əzab dolu həyatın başlanğıcı olacaq. Allah bu insanlara qarşılaşacaqları çətin günü belə xatırladır.

Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda (halları) necə olacaq? (Muhamməd surəsi, 27)

Buna görə də, ölüm anını insan zehnində canlandırması səmimi və vicdanlı davranmasına səbəb olacaqdır.

Mütləq yaşayacağınız bu böyük hadisəni diqqətli düşünün. Məsələn, maşın sürərkən və yaxud hər zaman gördüyün işlərdən birini edərkən, bir anda qarşınızdakı görüntü dəyişə bilər və iki ölüm mələyi ilə qarşılaşa bilərsiniz. Ölüm mələkləri dünya həyatında Allah’ın razılığına görə yaşamamış, ölümü və axirəti unutmuş insanlara çox əcayib görünə bilər. (Ən doğrsunu Allah bilər). Quranda izah edildiyi kimi, əllərini canını aldığı insana tərəf uzadaraq təhqiredici, sonsuz və geri dönüşü olmayan əzabdan xəbər verilər. O insan, artıq başına nə gələcəyindən xəbərdardır. Bu zaman yuxarıdakı ayədə bidirildiyi kimi, insanın üzünə və kürəyinə vuraraq canını alar. Ruhun bədəndən alınması böyük əzaba səbəb olar. “Qiyamət” surəsində bu an belə xəbər verilir.

O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! Xeyr, (can) boğaza gəlib yetişəcəyi, “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! Beləliklə, nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma yalan saydı, üz döndərdi. (Qiyamə surəsi, 24-32)

Ölüm anını siz də mütləq yaşayacaqsınız. Ölüm anınızın bu an olduğunu düşünün. Sizin üçün nələr əhəmiyyət kəsb edər, nələrin heç bir mənası qalmazdı? Nələri etmiş olmaqdan və ya etməmiş olmaqdan dolayı peşmançılıq duyardınız? Kimlərin sözünü eşitmək istəyərdiniz? Ya da kiminlə heç tanış olmamağı? Məsələn, işinizlə əlaqəli detallar sizi nə qədər maraqlandırardı? Və ya bir dəvətə gedərkən geyinəcəyiniz paltarın, insanların sizin yaraşıqlılığınıza ya da gözəlliyinizlə bağlı düşüncələrinin axirət həyatının yanında nə əhəmiyyəti qala bilərdi?

Bu suallara səmimi cavab verən insanlar vicdanlarının nə dediyini ortaya çıxara bilərlər. Əgər bir insan həyatı boyunca Allah’ın razılığını hədəfləməyibsə və Allah’ın razılığını qazanmaq üçün var gücü ilə cəhd etməyibsə, ölüm anında duyduğu qorxu ilə yanaşı yaşayacağı ən böyük hiss geri dönülməz bir peşmançılıq olacaq. İnsanın ağlından həmişə “kaşki bu insanı dinləməyəydim, kaş namaz qılaydım, kaş Allah üçün yaşayaydım” kimi “kaşkilər” və peşmançılıq ifadələri keçəcəkdir.

Bu zaman ölüm anının təsirinin şiddəti daha da artacaqdır, çünki bu iki mələk insanı sürükləyərək, alçaldaraq cəhənnəmə aparacaq. Cəhənnəmə girməzdən əvvəl hər kəs tək-tək sorğuya çəkilcək və hər kəs nə üçün cəhənnəmə girdiyini bir daha görəcək. Bu, insana şiddətli bir sıxıntı, dəhşət və qorxu yaşadacaq. Çünki həyatı boyunca etdiyi və düşündüyü hər şey özünə tək-tək göstəriləcək. Heç kimin bilmədiyini zənn etdiyi düşüncələri, özünün belə unutduğu bir çox hadisə o gün qarşısına çıxar:

O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də(əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)

Bütün dünya həyatınız bu şəkildə qarşınıza çıxarıldığında nələrin sizə peşmançılıq yaşadacağını düşünün. Nələr üçün “kaş etməyəydim” və ya “kaş edəydim” deyərsiniz? O günkü peşmançılıq bir ayədə belə bildirilir:

O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar! Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan özəlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!” (Nəbə surəsi, 39-40)

Hətta insanlar dünya həyatında etdiklərinə görə öz-özlərinə qarşı böyük qəzəb və nifrət duyacaqlar. Ancaq Allah’ın onlara qarşı duyduğu qəzəb və kin daha böyük olacaq:

Kafirlərə belə xitab olunacaq: “Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah’ın sizə olan nifrəti (indi) sizin özünüzə olan nifrətinizdən daha böyük idi”. (Ğafir surəsi, 10)



Quranda o günkü peşmançılığın və xatırlamanın bir fayda verməyəcəyi bildirilir. Artıq hər şey bitmişdir, keçmişdə edilənləri geri qaytarmaq mümkün deyildir. Cəhənnəmin qapıları sonsuza qədər insanın üzünə bağlanacaq.

Və o gün Cəhənnəmə gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nəfaydası? O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" Deyəcəkdir. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz. və hec kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz. (Fəcr surərsi, 23-26)

Burada izah edilənlər vicdanınızın səsini bütün çılpaqlığı ilə, heç bir mənfəət qatmadan, nəfsinizdəki digər neqativ səs və təlqinləri qarışdırmadan ortaya çıxara bilməyiniz baxımından çox vacibdir. Çünki daima vicdanına tabe olan biri ilə, vicdanına tabe olmayan bir insan arasındakı fərq vicdanlı insanların axirətə olan imanlarının gücüdür.Vicdanlı insan hər an cəhənnəmin bir göz qırpımında ona yaxın olduğundan xəbərdardır. Allah ayələrdə bəzi elçilərini nümunə verərək onların daima axirəti xatırladığını belə bildirmişdir:

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yadasal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görəs eçdik. (Sad surəsi,45-46)