Möminlər tam yəqinliklə iman edirlər

Bir insan əlini alova uzatdığında yanacağını bilir, bundan heç bir şübhəsi yoxdur. "Görəsən, həqiqətən əlim yanarmı?" kimi bir düşüncəyə qapılmaz. Həmin insan odun əlini yandıracağından qəti əmindir. Bir Quran ayəsində, "qəti iman"dan belə bəhs edilir:

Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)

Qəti iman heç bir şübhə duymadan ətrafında gördüyü, danışdığı şeylərin gerçək olduğuna əmin olduğu qədər, Allah’ın varlığına, təkliyinə, qiyamət gününə, cənnətin və cəhənnəmin varlığına iman etmək deməkdir. Qəti iman, insanın hər hərəkətini, həyatının hər anını yalnız Allah’ı razı edəcək şəkildə keçirən bir vicdana yönəldir.

İnsanların həqiqi xoşbəxtliyi əldə edə bilmələrinin tək yolu Allah’a iman etməkdir. Bu gerçək Quranda "...Bilin ki, qəlblər yalnız Allah’I zikr etməklə aram tapar." (Rad surəsi, 28) ayəsiylə xəbər verilir. Yaşanılan bədbəxtlikdən və sıxıntılardan, ancaq Allah’ın rəhməti və qulları üzərindəki mərhəməti qavranıldığı və iman əxlaqı yaşanıldığı təqdirdə xilas oluna bilər. Dünya həyatından ancaq bu şəkildə həqiqi mənada zövq alına bilər, ancaq bu yolla gözəlliklərin dəyəri məna qazana bilər.

Allah’ın “… Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır…” (Nəhl surəsi, 30) “…Beləliklə Allah onlara həm dünya mükafatını, həm də gözəl axirət mükafatını verdi…” (Ali İmaran surəsi, 148) ayələri xatırlatdığı kimi, Allah gözəl bir həyatı ancaq iman edənlərə yaşadır. Kafir olanlar üçün isə Allah’ın bir ayədə “Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik.” (Taha surəsi, 124) hokum ilə ifadə etdiyi kimi, mütləq "çətin həyat" var. Bu insanlar iman xaricində heç bir şəkildə bu çətin həyatdan xilas ola bilməz, heç bir yolla həqiqi xoşbəxtliyi əldə edə bilməzlər. Maddi mənada çox böyük imkanlara sahib olsalar belə, bunlardan lazımınca zövq ala bilməz, bu nemətlərin sevincini tam olaraq yaşaya bilməzlər.

Çünki gözəlliklərin bir insana zövq verə bilməsi üçün insanın bu gözəllikləri təqdir edə biləcək bir anlayışa sahib olması lazımdır. Məsələn, bir qərənfil yarpaqlarının qüsursuz düzülüşü, qoxusunu, toxunuşundakı yumşaqlığı fərq edə bilməsi, ən əhəmiyyətlisi, bu bənzərsiz gözəlliyin böyük bir nemət olaraq var edildiyini anlaması lazımdır. Bunu tam mənası ilə anlaya biləcək olan insanlar isə yalnız iman sahibləridir.

Möminlər qeybə iman edirlər

Uca Allah’ın “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!...” (Bəqərə surəsi, 32 ) ayətində bildirdiyi kimi, hər mövzuda məlumat sahibi olan uca Rəbbimizdir. Qullarına məlumatının istədiyi qədərini açan,Allah’ın sonsuz elminin vacib nümunələrindən biri qeyb xəbərləridir. Bütün həyatlarını Allah’ın rizası üçün yaşayan möminlərin ən vacib xüsusiyyətlərindən biri də, Rəbbimizin Quranda bildirdiyi və Peyğəmbərimizə (s.ə.v) vəhy etdiyi bu qeyb xəbərlərinə olan səmimi imanlarıdır. Sonsuz elm sahibi olan uca Allah Quranın bir çox ayəsində qeybi bilənin yalnız Özü olduğunu bildirir. Bu ayələrdən biri belədir:

(Allah) dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: “Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?” (Bəqərə surəsi, 33)

Qeybə aid məlumatların, əsasən, gələcəyə aid bilinməyən məlumatlar olduğu düşünülür. Ancaq qeyb həm keçmiş, həm gələcəyə aid məlumatları əhatə edir. Keçmiş yaşanılmışlar da, gələcəkdə yaşanılacaqlar da Allah Qatında gizli saxlanılan məlumatlardır. Ancaq Allah Öz Qatında olan qeyb xəbərlərinin bəzilərini elçiləri vasitəsilə insanlara çatdırır. Məsələn, Allah bəzi Quran ayələrində keçmişlə bağlı xəbərlər verir, Peyğəmbərimizə (s.ə.v) bunların qeyb xəbəri olduğunu belə bildirir.

Bunlar, sənə vəhy yolu ilə bildirdiyimiz qeyb xəbərlərindəndir. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbir et! Şübhəsiz ki, (gözəl) aqibət müttəqilərindir. (Hud surəsi, 49)

Ayələrdə də bildirildiyi kimi, Allah Peyğəmbərimizə (s.ə.v) hələ yaşanmamış bəzi məlumatlar haqında da xəbər vermiş ki, bunlar gələcəyə aid qeyb xəbərlərindəndir. Məsələn, Məkkənin fəthi (Fətih surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qələbəsi (Rum surəsi, 3-4) kimi hadisələr hələ yaşanmamışdan əvvəl Peyğəmbərimizə (s.ə.v) bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) qiyamət əlamətləri, axırzaman kimi mövzulardakı hədisləri də hər şeyi bilən Rəbbimizin gələcəyə aid özünə bildirdiyi qeyb xəbərləridir.

Quranda peyğəmbərlərə və digər saleh möminlərə də qeybə aid məlumatlar verildiyi bildirilir. Məsələn, hz.Yusif qardaşlarının tələlərinin puç olacağını xəbər vermişdir (Yusif surəsi, 15), hz. Musanın anasına suya buraxdığı uşağının yaşayacağını və peyğəmbər olacağı bildirilmişdir. (Qəsəs surəsi, 7)

Qısacası, bizim keçmiş və gələcək kimi adlandırdığımız hadisə və məlumatların hamısı Allah Qatında gizli saxlanan qeyb xəbərlərindəndir. Elm baxımından hər şeyi əhatə edən Allah, dilədiyi zaman dilədiyi insana bu xəbərlərdən bəzilərini verərək qeybin bir qisimini insanlara bildirir .


Qeybə iman gətirmək mömin vəsfidir

Uca Allah’ın qullarına hidayət rəhbəri və öyüd olaraq endirdiyi Quran-i kərimdə möminlərin ən bariz xüsusiyyətlərindən biri belə bildirilmişdir.

O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. (Bəqərə surəsi, 3-5)

Ayələrdə xilas olanların ancaq bu sayılan xüsusiyyətlərə sahib olan möminlər olacağı bildirilmişdir. Bu xüsusiyyətlərin ən başında isə qeybə iman bildirilmişdir. Allah’ın nəzarətində olduqlarını bilən möminlər, kainatda insanların tam olaraq qavramadığı başqa həqiqətlərin də olduğunun şüurundadırlar. Hər insan ancaq Allah’ın izn verdiyi müəyyən şeyləri görə bilər, müəyyən şeyləri eşidə bilər, anlaya bilər, duya bilər. Bu acizliklərin fərqində olan və Allah’a qəlbən iman edən möminlər buna görə də, Allah’ın Quranda özləri üçün qeyb olduğunu bildirdiyi həqiqətlərə də könüldən iman edərlər.


Özlərinə xüsusi elm verilənlər

Allah’ın özlərinə xüsusi elm verdiyi şəxslər, bu elm sayəsində Allah’ın iznilə, keçmişdən və gələcəkdən xəbər verə bilir, yaşanan hadisələrin daxili üzünü görür, bunlardan fərqli nəticələr çıxara bilirlər. Məsələn, Quranda bildirilən və hz. Musanın özünə elmindən öyrətməsi üçün tabe olduğu elm sahibi insan bunlardan biridir. Hz. Xızır olduğu qəbul edilən bu insanAllah’ın özünə bildirdiyi qədər hadisələrin daxili tərəfini, necə inkişaf edəcəyini biləcək elmə malikdir. Bu səbəbdən, baş verəcək hadisələrə görə əvvəlcədən tədbir ala bilir. Uca Allah’ın qədərdə təyin etdiyi bu tədbirlər, kənardan baxan və bu elmin şüurunda olmayan biri üçün heyrətamizdir.

Hz. Muhəmməd (s.ə.v.) də Allah’ın iznilə, qeybdən, gələcəyə dair bir çox xəbər vermişdir. Axırzamana dair verdiyi xəbərlər, meydana gələcəyini söylədiyi hadisələr indiki vaxtda bir-bir baş verir.

Quranda bildirildiyi kimi, hz. Yusuf da yaşanacaq hadisələri əvvəlcədən bilir, yuxuları şərh edərək (Yusuf surəsi, 21) meydana gələcək hadisələrdən xəbər verirdi.

Hz. Süleymana isə bəzi canlıların danışıq dili öyrədilmiş, quşlar, şeytanlar və küləklər onun əmrinə verilmişdir. (Sad surəsi, 36-38) Rəbbimiz, özlərinə xüsusi elm verilən elçiləri ilə əlaqədar olaraq ayələrdə belə buyurur:

O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı elçidən başqa... (Cin surəsi, 26-27)


Cinlər qeybi bilməzlər

Bəzi insanlar cinlərin qeybi bildiyinə dair yanlış inanca malikdirlər. Ancaq qeyb mövzusunda cinlər də eynilə insanlar kimi Allah’ın bildirdiyi xaricində hər hansı bir məlumata sahib deyillər. Qeybə dair söylədikləri isə zənn və təxmindən ibarətdir. Belə ki, əmrindəki cinlərin yerə yıxılıb düşənə qədər hz. Süleymanın öldüyünü belə anlamamaları bu mövzudakı ən açıq dəlillərdən biridir. Quranda bu vəziyyət belə bildirilmişdir:

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə surəsi, 90)


Quranda kəhanət qadağan edilmişdir

Hal-hazırda tez-tez qarşılaşdığımız, gələcəkdən və ya keçmişdən xəbər verdiyini iddia edən kahinlər və falçıların da qeybi bilmələri mümkün deyil. İman etməyən cinlərlə əməkdaşlıq halında olan bu şəxslər, zənn və təxminlə yalan söyləyirlər. Kəhanət adı verilən bu uydurmalar, Allah inancı zəif bəzi insanlar üzərində təsirli ola bilir. Allah’ın təyin etdiyi qədər xaricində heç bir şeyin reallaşa bilməyəcəyini bilməyən bu insanlar qorxu və narahatlığa keçirir, tədbir almaq məqsədilə ağılsız və məntiqsiz bir şeyi edərəkgülünc vəziyyətə düşür, beləcə şeytanın oyununa gəlirlər.


Daha əvvəl də ifadə etdiyimiz kimi, qeybi yalnız Allah və Onun istəyi ilə elm verdiyi şəxslər bilə bilərlər. Falçılıq ilə gələcəyə və keçmişə dair məlumatlar əldə edib bunlara görə hərəkət etməyin azğınlıq və pis əxlaq xüsusiyyətlərindən olduğu bir ayədə belə bildirilmişdir:

Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! (Maidə surəsi, 90)


Allah’ın yaratdığı qədər qüsursuzdur

Sonsuz elm sahibi olan Uca Rəbbimiz kainatdakı bütün varlıqları bir qədər ilə yaratmışdır. Allah’ın yaratdığı qədər qüsursuzdur. Möminlər də, özləri üçün bir qeyb olan qədərə inanırlar və Allah’ın onu ən mükəmməl şəkildə yaratdığını, nəticədə özləri üçün ən gözəl və ən xeyirli olanın baş verəcəyini bilirlər. Beləliklə, Allah iman edən qulları üçün vəd etmiş, onları ən gözəl aqibət olan cənnətlə müjdələmişdir. Quran ayələrində belə bildirilir:

Ancaq (Allah’a) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. (Bu Cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 60-61)